BANM-in tələbələri istehsalat təcrübəsinə başladılar

-banm-in-telebeleri-istehsalat-tecrubesine-basladilar
Oxunma sayı: 1227



Ali Məktəbdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bununla bağlı keçirilən tədbirdə rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə BANM-in tələbələri də iştirak ediblər. Zavodun baş direktoru Elman İsmayılov bu təcrübənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, neftçi peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun Azərbaycan sənayesinin tarixində böyük rolu olduğunu deyib. Elmar Qasımov deyib  ki, tələbələr əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklər.