BDU-da Elmi Şuranın iclası keçirilib

-bdu-da-elmi-suranin-iclasi-kecirilib
Oxunma sayı: 1325

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib.

Rektor, eyni zamanda, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumun və Formula -1 Qran Pri yarışlarının təşkilində respublika rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirib. Rektor forumda və yarışlarda könüllü olaraq iştirak edən 1000-ə qədər BDU tələbəsinin fəaliyyətinə də diqqət çəkib.

Rektorun çıxışından sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə edib.

İclasda həmçinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Psixologiya kafedrasının professoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əkbər Bayramova “BDU-nun Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.