“Qafqazinfo”ya daxil olan məlumata görə, düşərgənin fəaliyyət göstərdiyi 4 gün ərzində ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Slovenyia, Türkiyə, İdoneziya, Vyetnam, Qazaxstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Bangladeş və Moldovadan gəlmiş 20 –dək gənc düşərgə çərçivəsində müxtəlif mövzuları müzakirə ediblər. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarəçiliyi barəsində treninqlər keçirib. Mərasimdə çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” BGİ-nin sədri Fuad Muradov bildirib ki, paytaxtımızda qonaq olan gənclər Azərbaycanın sürətli inkişafının şahidi olublar. Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar nəticəsində inkişaf edən ölkəmiz dünyanın diqqət mərkəzində olan bir dövlətə çevrilib. Deputat bildirib ki, mürəkkəb regionda yerləşən Azərbaycan həyata keçirilən bu siyasət nəticəsində sabit dövlət olmaqla eyni zamanda Cənubi Qafqazın da təhlükəsizliyində ən vacib ölkəyə çevrilib. “İlham Əliyevin prioritet verdiyi digər məsələ gənclər siyasətidir. Ölkə gənclərinin öz potensialını ortaya qoyması üçün hər cür imkanlar yaradılıb. Bunun üçün dövlət başçısının imzaladığı Gənclər siyasəti ilə bağlı dövlət proqramı onlar üçün hər cür şərait yaradır”-deyə deputat vurğulayıb. F. Muradov mədəniyyətlərarası dialoqun yaardılmasında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd edib. “Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin sosial-mədəni həyatında çox böyük layihələr həyata keçirlir. Təhsli sahəsində aparılan işlər bu baxımdan ciddi nəticələri göz önündədir. Azərbaycan dövlətinin xarici ölkələrdə təbliği ilə bağlı Heydər Əliyev Fondunun apardığı işlər misilisizdir və ölkəmizin çoxəsrlik mədəniyyətinin tanıdılmasında çox böyük rol oynayır”-deyə F.Muradov bildirib.Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər