"Qafqazinfo"ya daxil olan məlumata görə, ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin Şıx çimərlik zonasında yerləşən «Aysberq» istirahət mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon və Bibiheybət qəsəbəsi ictimaiyyətinin iştirakı ilə keçirilən və 2013-cü ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 360 nəfər məcburi köçkün məskunlaşmışdır. 2013-cü ildə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılmış, burada əlavə sahə tikilmiş, istilik sitemi qurulmuşdur. Qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilmiş, bağçanın köhnə binası əsaslı təmir olunaraq lazimi ləvazimatlarla təchiz olunub.
Rayon İcra Hakimiyyəti Başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə yeni poçt məntəqəsi yaradılıb.
2013-cü il ərzində RİH-nin köməyi ilə Muxtarov yaşayış sahəsindən «Şıx» çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılmış, ətrafda abadlıq işləri aparılmış, Məktəb və N.Quliyev küçələrinə 2800 kv. metr yeni asfalt salınmışdır. Salyan yolu boyunca istinad divarlarının üzlənməsi, hasar və tikililərin divarlarının rənglənməsi işləri başa çatdırılıb.
Salyan şossesində, «Dostluq parkı»ndan Lök Batan dairəsinə kimi ərazidə mütəmadi olaraq iməcliklər keçirilmiş, burada RİH tərəfindən 15 mindən artıq ağac əkilmiş, 20.000 kvadrat metr sahədə qazon otu salınmış, ilin sonunda əlavə olaraq daha 5.500 kvadrat ot örtüyü, 10 min kvadrat metr sahəyə yeni asfalt örtüyü çəkilib.
Namiq Quliyev küçəsində abadlıq işləri aparılmış, 300 ədəd yeni ağac və kol əkilmişdir. Qəsəbədəki Xeyir şər evi əsaslı və tibb məntəqəsinin dam örtüyü cari təmir olunmuş, Səbail rayon MKTB-nin köməyi ilə Məktəb küçəsində yerləşən fərdi yaşayış evlərinin fasadları ağardılmışdır. məcburi köçkünlərin məskunlaşdığı «Şıx» sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunmuşdur. Salyan şossesində 400 p/m magistral su kəməri yenisi ilə əvəz olunmuş, 400 p/m yen kanalizasiya xətti çəkilib.
Şəhid Cəbrayıl Əsgərovun validenylərinin müraciəti nəzərə alınaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən şəhidin vaxtı ilə oxuduğu 50 saylı orta məktəbin binasına onun xatirə lövhəsi quraşdırılıb.
İl ərzində qəsəbədə Səbail rayon Enerci təchizatı və satış idarəsi tərəfindən kabelləşdirmə işləri başa çatdırılmış, qəsəbədə abonentlər tam sayğaclaşdırılıb.
Səbail rayon Qaz İstismar sahəsi tərəfindən qəsəbədəki abonentlər üçün 350 ədəd yeni smart kart tipli sayğac, «Azərsu» ASC tərəfindən isə 70 ədəd yeni su sayğacı quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər