Bina uçqunuda ölənlərin kimliyi bəlli oldu- - Yenilənib+Fotolar

-bina-ucqunuda-olenlerin-kimliyi-belli-oldu-
Oxunma sayı: 10713


Bu saatlarda Heydər Əliyev prospektində aparılan söküntü işləri zamanı uçqun baş verib.

“Qafqazinfo” xəbər verir ki, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə sökülməkdə olan bina qəfildən uçub. Binanın həyətə doğru uçurulması planlaşdırılsa da bina  yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu iddia edilir. 

Ərazi hazırda uçqundan təmizlənir.

***

Yol artıq təmizlənib. Hadisə yerinə FHN-nin çoxsaylı xilasediciləri cəlb edilib. Uçqunun altında qalan avromobilin içində adam olduğu və öldüyü bildirilir. Hələlik olayla bağlı heç bir açıqlama verilmir.

***
İlkin məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb.

***
Bu dəqiqələrdə baş verən dəhşətli bina uçqunu ilə bağlı Heydər Əliyev prospekrində böyük tıxac yaranıb. Bu barədə məlumatı “Qafqazinfo”ya hadisə yerində olan sürücülər verib. Məlumata görə, şhərdən prospektə olan istiqamətdə avtomobillərinin hərəkəti dayanıb.

***
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ölənlər Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.    

Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan “Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C.Bayramlı olub.