“Qafqazinfo” xəbər verir ki, saat 11:00-da, “Park İnn” otelində keçirilən tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib: "Ötən il ölkəmizdə futbolun inkişafı ilə bağlı önəmli hadisələr olmuşdu. Müəyyən nəticələr əldə etmişik. Prezidentimizin bizə verdiyi tapşırıqları tədricən yerinə yetiririk. Avropa çempionatının Azərbaycanda keçirilməsi üçün namizədliyimizi irəli sürdük və bunu qazandıq. Bu böyük futbol turniridir. Biz etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Cənab prezidentimiz İlham Əliyevin bizə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk".
Son xəbərlər
Son Xəbərlər