“Bizim üçün heç bir fərqi yoxdur” - Roman Qriqorçuk

-bizim-ucun-hec-bir-ferqi-yoxdur
Oxunma sayı: 1483

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" səfərdə Gürcüstanın "Samtredia" komandasının qonağı olub.

Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb: "Oyunun belə keçəcəyini bilirdik. Matç mənim gözlədiyim kimi keçdi. Sevinirəm ki, belə bir vəziyyətlə üzləşdik və matç gördüyünüz kimi alındı”.

- Rəşad Sadiqovun zədəsi nə yerdədi?

– Bunu bu dəqiqə demək çox çətindi. Rəşad çox təcrübəli futbolçudur və zədəsinə baxmayaraq əzmkarlıq göstərdi.

- İkinci mərhələdə qarşılaşacaqınız komandanın oyunu davam edir. Daha çox hansı komanda ilə qarşılaşmaq istərdiniz?

- Bizim üçün rəqibin heç bir fərqi yoxdur. Əsas odu ki, qısa zamanda yaxşı komanda qura bilmişik. Hansı rəqiblə qarşılaşacağımız xüsusi önəm kəsb etmir.

- "Samtredia” heyətinə və gücünə görə "Qəbələ” ilə müqayisə edə biləcəyimiz komandadı?

- Mən onlar haqqında ilk oyundan sonra fikirlərimi bildirmişdim. Onlar haqqında müsbət fikirlərim var. Hücuma yaxşı keçirlər. İkinci matçdan sonra da eyni sözləri təkrarlaya bilərəm. Razıyam ki, biz rəqibdən güclüyük.

Elsevər