“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər. Görüş çərçivəsində BANM və AKRU arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Elmar Qasımov Azərbaycanla Bolqarıstan arasındakı tarixi münasibətlərdən, BANM-in yaranma tarixi, fəaliyyəti, məqsədləri, xarici şirkət və universtitetlər ilə yaradılan əməkdaşlıqdan bəhs edib. BANM-in növbəti tərəfdaşı Ruse Universitetinin olacağını bildirən rektor imzalanan razılaşmanın bakalavriat səviyyəsində mütəxəssis hazırlığında və qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi araşdırmaların aparılmasına imkan yaradacağını qeyd edib.
Bolqarıstanın səfiri Maya Xristova iki dost ölkənin universitetləri arasında əməkdaşlıq haqqında razılaşmanın əldə olunmasından şad olduğunu bildirib və bu əməkdaşlığın Azərbaycanın və Bolqarıstanın təhsil sahəsindəki ikitərəfli tərəfdaşlığının inkişafına təkan verəcəyinə əminlik ifadə edib.
Angel Kançev adına Ruse Universitetinin (AKRU) rektoru, professor Xristo İvanov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında təbdir iştirakçılarına geniş məlumat verib. AKRU-nun avtonom dövlət ali məktəb olduğunu qeyd edən rektor, universitetdə 10.000 tələbə və doktorantın təhsil aldığını, universitetin iki filialının, 8 fakültəsinin və çoxsahəli mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.
Sonda Bolqarıstanın Angel Kançev adına Ruse Universitetinin rektoru, prof. Xristo İvanov Beloyev BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.
Son xəbərlər
Son Xəbərlər