“... Boş-boş söhbətdir” - Rəsul Çunayev

-bos-bos-sohbetdir
Oxunma sayı: 1209

Xəbər verdiyimiz kimi, yunan-roma güləşçimiz Rəsul Çunayev İslamiadada bürünc medalla kifayətlənib.

"Qafqazinfo" xəbər verir ki,  Çunayev jurnalistlərə açıqlamasında  oyuna tam hazırlaşdığını bildirib:

"Özüm də çempionluq gözləyirdim. Son saniyələrdə qələbəni əldən verdim. Tam hazırlaşmışdım. Burdakı idmançılardan birbaşa üstün idim. Bürüncü əldən vermədim. Hər medal mənim üçün dəyərlidir. Çünki qanımı, canımı ortaya qoyuram. Qarşıda bizi dünya çempionatı gözləyir. 5:0 öndə idim. Arxayınçılıqdan uduzduğumun deyilməsi boş-boş söhbətdir. Fənd etmək istəyirdim. Alınmadı. Hamı medal qazanmaq istəyir. Sadəcə fənd edərkən səhv etdim. Bu səhvlər üzərində işləmək lazımdır".