Böyükağa Hacıyev rəsmən “Neftçi”də

-boyukaga-haciyev-resmen-neftcide
Oxunma sayı: 1958


 “Qafqazinfo”  klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş klubdaxili toplantıda son müzakirələrdən sonra məşqçilər korpusunun aşağıdakı tərkibdə formalaşdırılması qərara alınıb:

1. Baş məşqçi - Böyükağa Hacıyev

2. Baş məqşçinin köməkçisi, fiziki hazırlıq üzrə məşqçi - Ruben Selyes Salvador (İspaniya)

3. Baş məşqçinin köməkçisi – Samir Əliyev

4. Qapıçılar üzrə məşqçi – Neboyşa Manoyloviç (Serbiya)

5. Seleksiyaçı məşqçi – Bəxtiyar Musayev

6. Əvəzedici komandanın baş məşqçisinin köməkçisi – Kamal Quliyev

Qeyd edək ki, “Qafqazinfo” dünən Böyükağa Hacıyevin “Neftçi”yə baş məşqçi təyin olunması ilə bağlı məlumat yaymışdı.