Buzadırmanma üzrə yarış keçirilib

-buzadirmanma-uzre-yaris-kecirilib
Oxunma sayı: 1064


 Çempionatda, ümumilikdə 100-dən artıq idmançı iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq Çempionat iki hissədə keçirilib. Belə ki Çempionatın I hissəsi 01-02 fevral tarixlərində baş tutub. Bu hissədə oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 08-09 fevral 2014-cü il tarixlərində isə Çempionatın II hissəsi- təsniftat-seçim, yarımfinal-final mərhələləri keçirilib. 

Şaxtalı hava şəraitinə baxmayaraq yüksək səviyyədə təşkil olunan Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər. 
Çempionatın nəticələrini təqdim edirik:

Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:

1. Rəhimxanov Ramel (FAİREX “Salavat”)
2. Rəhimxanov Ramay (FAİREX “Salavat”)
3. İbadov Babək (FAİREX “Ekosport”)

Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri:

1. Əliyeva Leyla (FHN “Ekstremal”)
2. Pirəliyeva Gülnar (FAİREX “Zirvə”)
3. Hüseynova Könül (FAİREX “Kiyanit”)

Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri:

1. Şıxrəhimov Qalib (FAİREX “Zirvə”)
2. Rəhimxanov Ramel (FAİREX “Salavat”)
3. Rəhimxanov Ramay (FAİREX “Salavat”)

Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri:

1. Əliyeva Leyla (FHN “Ekstremal”)
2. Pirəliyeva Gülnar (“Zirvə”)
3. Məmmədova Reyhan (“Ekosport”)

Buzadırmanma üzrə Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin “Ekstremal” idman komandası I, FAİREX-in “Salavat” komandası II, FAİREX-in “Zirvə” komandası isə III yerə çıxıb.