Cəbhə bölgəsində abidə açıldı

-cebhe-bolgesinde-abide-acildi
Oxunma sayı: 1149


İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı  Alı  Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Alı Alıyev 1918-20-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı barədə  məlumat verib. Alı Alıyev vurğulayıb ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. “Bu təqvim son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il 30 mart – 2 aprel tarixlərində Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.” 

İcra başçısı deyib ki, təkcə ötən əsrdə erməni vandalları tərəfindən Azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilib. “Lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmişdir. Onun “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir”.

Sonra Horadiz şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub.