“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova iştirak edib. Təranə İsmayılova Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq, qeyd edib ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra olub.
Çernobıl Əlilləri İttifaqının Qaradağ rayon bölməsinin sədri Raidə Məmmədova çıxış edərək Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklikdən, hər zaman onlara bəslənən hörmətdən razı qaldıqlarını və buna görə də prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin sonunda rayonda yaşayan Çernobıl əlillərinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanıb.
Son xəbərlər
Son Xəbərlər