“Qafqazinfo”nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, S.Manafova bildirib ki, 1992-ci il fevralın 26-da bir gecədə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb: “Bu vəhşilik nəticəsində yüzlərlə insan yurd-yuvasından didərgin düşüb”.
S.Manafova Xocalıda törədilən vəhşiliklərin uşaqların psixologiyasına təsiri haqqında da danışıb. Qeyd edilib ki, bu qətliam zamanı yüzlərlə azyaşlının gözləri qarşısında onların ailə üzvlərinə zərər yetirilib, işgəncələr verilib. Həmin uşaqların cəmiyyətə reinteqrasiyasından bəhs edən S.Manafova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini və beynəlxalq qurumların məsələ ilə bağlı ciddi tədbirlər görmədiyini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər