Çovdarov “350 min dollar” ittihamına əsəbiləşdi - Yenilənib

-covdarov-350-min-dollar-ittihamina-esebilesdi
Oxunma sayı: 5884

Keçmiş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Kürdəmir epizodu” üzrə şahidlər dindirilib.

Rayon icra hakimiyyətinin sabiq şöbə müdiri Hikmət Quliyev ifadə verərək deyib ki, zərərçəkən Şeyman İmanov məhkəmədə qalib gəlsə də, qərar icra olunsa da, onlar qərarın surətini gəlib götürmədilər: “Biz onları axtardıq, tapmadıq”.

Bələdiyyə sədri Nofəl Qasımov deyib ki, “Xatirə” restoranının yerləşdiyi 3 sot torpaq sahəsini qeyri-rəsmi olaraq Şeyman İmanova veriblər: “Ora İmişliyə yaxın idi, mal-heyvan gəlirdi biz tərəfə. Buna görə verdik ki, əksinlər”.

Akif Çovdarov isə bu epizod üzrə ittiham olunmasını qəbul etmədiyini deyib: “Utanın, bu nə epizoddur üstümə qoymusuz? Məhkəmə də belə mənasız ittihamları araşdırır”.

***

Fasilədən sonra suallara cavab verən N.Qasımov istintaqa verdiyi ifadəni təsdiqləmədiyini, A.Çovdarovu tanımadığını deyib.

Zərərçəkən Elton Əliyev deyib ki, 2007-ci ildə onu MTN-ə aparıb atasından 500 min dollar tələb ediblər: "350 min alandan sonra məni buraxdılar".

A.Çovdarov onun yalan danışdığını deyib.

Məhkəmə prosesi fevralın 13-də davam etdiriləcək.

 Murad Əhməd