“Çox yazığsınız, özümüzü öldürən elə siz olacaqsız...”- - Cabir

-cox-yazigsiniz-ozumuzu-olduren-ele-siz-olacaqsiz-
Oxunma sayı: 3130


"Vətəni sevməyən insan olmaz. Olsa da, o şəxsdə vicdan olmaz". Bəzi vicdansız insanlar düşünmədən vətənin əleyhinə kommentlər yazır, bilmirsən kimdir "bunlar", azərbaycanlıdırlar yoxsa erməni. "Bəs sən gedəcəksən?...", "Gözlə gələcək əmr..." və s. komment yazan insanlar, ömrünü “İnstaqram”a qurban verənlər, Allah sizə ağıl versin. Çox yazığsınız, əmr gələndə, siz heç getməyin, çünkü özümüzü öldürən elə siz olacaqsınız. Vətənini hər zaman qorumağa hazır olan vətəndaş, düzgün tərbiyə almış vətən övladıdır. Birincisi, onun bütün ailə üzvləri bilir ki, babası, atası, qardaşı, həyat yoldaşı hər an müharibəyə gedə bilər və vətən uğrunda şəhid ola bilər. İkincisi, nəyə görə müharibəyə gedib ölməkdən başqa heç nəyi düşünmürük. Müharibəyə qələbə əhval-ruhiyyəsi ilə gedəcəyik. Bayrağımızı Şuşa Qalasına sancacayıq. Odur ki, əmrinizi gözləyirik, Cənab Ali Baş Komandan! Mən vətənimi, millətimi, dövlətimi sevən adamam. Əgər bu prinsiplərimə hörmət etmirsinizsə, onda mənim səhifəmdə sizin işiniz yoxdur.”