“Məclisdən qardaşımla gəlirdim. Mənim belə bir xüsusiyyətim var ki, çox yerdə qala bilmirəm. Məclis yekunlaşandan sonra qardaşıma evə getmək istədiyimi bildirdim. Gəldik, aeoportda taksiyə mindik. Mən də sürücünün arxasında əyləşdim. Saat gecə 4-ə işləyirdi. Bir nəfər qaça-qaça gəlib maşının qapısını açdı. Yanımda əyləşib sürücüyə “sür” dedi”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Könül Xasiyeva “10-dan sonra” verilişində bildirib.
Xalq artisti hadisədən xeyli qorxduğunu vurğulayıb:
“Mən də donub qalmışam. Dedi ki, məni öldürəcəklər, ona görə qaçıram. Sözsüz ki, sürücü maşını işə salmadı. Buna əsəbləşən oğlan sürücünü təhqir etdi, qapını kobud şəkildə örtdü. Bunu oğurluq məqsədi ilə edəcəyini düşünmürdük. Çox qorxulu bir hadisə idi. Xeyli həyəcan keçirdim”.
Son xəbərlər
Son Xəbərlər