Dərbəndin keçmiş başçısının atası öldürüldü

-derbendin-kecmis-bascisinin-atasi-olduruldu
Oxunma sayı: 1323

Dərbəndin sabiq icra başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülüb.

Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

Polisdən bildiriblər ki, qətl hadisəsi bu gün səhər saatlarında baş verib. Onun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi yaşadığı evdə tapılıb.

Qeyd olunur ki, Hacıəhməd Qazıəhmədov əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.