Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb ki, 25 gündən sonra dövlətlərarası Martuni-Vardenis-Sotk magistralının (M-11) 6,5-11,1-ci kilometrində əsaslı təmir işlərinə başlanılacaq.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, nazirlikdən bildiriblər ki, haqqında söhbət gedən yolun əsaslı təmiri 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına tikiləcək və əsaslı təmir olunacaq “həyati əhəmiyyətli yollar” siyahısına salınıb.
Qeyd edək ki, həmin sahə strateji əhəmiyyət daşıyır və Ermənistanı işğal olunmuş Qarabağla birləşdirir.

Son xəbərlər
Son Xəbərlər