​Dünya Bankının regional direktoru Azərbaycana gəlir

-dunya-bankinin-regional-direktoru-azerbaycana-gelir
Oxunma sayı: 1003

Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə qabaqcıl ekspert Anjela Priqojinanın başçılıq etdiyi missiyası iyunun 13-də Bakıya gələcək.

Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə bankın Bakı ofisindən deyiblər.

Missiyanın məqsədi Azərbaycanın maliyyə sektorunda vəziyyətlə tanış olmaq və iyunun sonunda başa çatacaq "Kapital bazarlarının modernləşdirilməsi" layihəsinin nəticələrinə yekun vurulmasıdır.

Missiya iyunun 17-dək Bakıda olacaq.