“Qafqazinfo” xəbər verir ki, şura sədri 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, türk dünyası mediasının mövcud dünya düzənindəki roluna dair məruzə edəcək. Tədbirdə habelə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.
Son xəbərlər
Son Xəbərlər