“Əl Qaidə”nin 3 başçısı məhv edilib

-el-qaidenin-3-bascisi-mehv-edilib
Oxunma sayı: 1000

ABŞ-ın pilotsuz təyyarələri Yəmənin Abyan əyalətində “Əl Qaidə” terror təşkilatının 3 başçısını məhv edib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, insident Zincibar şəhəri yaxınlığında baş verib. ABŞ-ın pilotsuz təyyarələri “Əl Qaidə”nin Yəmən qolunun liderlərinin olduğu iki avtomobilə zərbələr endiriblər.

Ölənlər arasında “Əl Qaidə”nin yerli komandirlərindən Əbu Samehin və təşkilatın Yəmən qolunun əsas “maliyyəçisi” Hosam Əz Zincibarinin olduğu bildirilir.