Elnur Aslanovun yerinə xanım təyin olundu

-elnur-aslanovun-yerine-xanim-teyin-olundu
Oxunma sayı: 4062


"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilsin.

Qeyd edək ki, Səadət Yusifovadan əvvəl Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov idi.

Xatırladaq ki, Səadət Yusifova Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində çalışıb.