Ərəbistan neftin hasilatını azaltmaqdan imtina etdi

-erebistan-neftin-hasilatini-azaltmaqdan-imtina-etdi
Oxunma sayı: 2142

“Səudiyyə Ərəbistanı neftin hasilatının azaldılmasına hazır deyil”.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə XİN rəhbəri Adil əl- Cübeyr bildirib.

“Əgər digər istehsalçılar neftin hasilatına məhdudiyyət qoymaq və ya onun “dondurulması”na dair razılığ gəliblərsə, bu, bazara təsir edə bilər. Lakin Səudiyyə Ərəbistanı neftin hasilatının həcmini azaltmağa hazır deyil”, - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb.