Ermənilər üçün mənzil paylanır

-ermeniler-ucun-menzil-paylanir
Oxunma sayı: 2429



Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu barədə Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan xəbər verib. O, “Lent.ru” sayıtına verdiyi məlumatda bildirib ki, Ermənistan Hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə Suriyalı qaçqınların yerləşdirilməsində maraqlıdır. Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür. 

A.Qasparyan bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 yaşayış mənzili olan bir bina tikilib istifadəyə verilmişdir. Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə Suriyalı qaçqınlara təqdim edilmişdir. Burada yaşayan qaçqınlar eyni zamanda işlə də təmin olunublar.