“Evlənəndən sonra evə tez gedəcəm” - Rüstəmxanlının kürəkəni

-evlenenden-sonra-eve-tez-gedecem
Oxunma sayı: 4480

“Evlilik barədə çox danışmaq istəmirəm. Bu suallardan qaçmıram. Sadəcə olaraq hamı hər şeydən xəbərdardır. Həyatımda çox şey dəyişməyib”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Elçin Cəfərov bildirib.

Sənətçi qeyd edib ki, nişanlısı ona qadağa qoya bilməz:

“Evlənəndən sonra evə tez gedəcəm ( gülür). Sənətçi insanam,məni belə seviblər. Mənə də qadağa qoya bilməzlər. 8 Mart qadınlar günü üçün nişanlıma hədiyyə seçməmişəm, fikirləşməmişəm. Onun üçün hələlik qab fikirləşmişəm, içinə qoyacaq hədiyyəni almamışam ( gülür). Qab böyükdür, zinət əşyası ilə doldurmaq mümkün deyil”.

Qeyd edək ki, E.Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə ailə qurur. Bir müddət əvvəl nişanlanan cütlüyün toyu yazda baş tutacaq.

Fotolar: Nuran