“Qafqazinfo” xəbər verir ki, Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə ehtiram olaraq ölkəmizi təmsil edən “Azəryol” kamandasının təşəbbüsü voleybolçularımız meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə bütün tamaşaçılara İstanbuldakı baş konsulluğumuzun təşkilatşçılığı ilə “Xocalıya Ədalət” yazılmış köynəklər paylanıb. Məqsəd bu dəhşətli faciəni dünya ictimayyətinin diqqətinə bir daha çatdırmaq olub. Oyun Bakı vaxtı ilə saat 19-da baş tutub. İstanbul təmsilçiləri üç setdə oyunu öz xeyirlərinə həll ediblər: 3-0. Hakim olaraq qarşılaşmanı fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər.
Xatırladaq ki istanbullular cavab oyunu ilə martın 1-də Bakıda “Azəryol”un qonağı olacaqlar.
Son xəbərlər
Son Xəbərlər