Filippinli məşhurə “Göy göl”ü öyrədəcək

-filippinli-meshure-goy-golu-oyredecek
Oxunma sayı: 859


Onların Azərbaycan paytaxtına gəlişinin məqsədi Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva ilə bağlı çəkiliş aparmaqdır. V. Musayeva “Qafqazinfo”ya açıqlamasında çəkilişin səbəbini bildirib: 

“2012-ci ildə “San Francisco World Music Festival”ında “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəlsə  İmamyar  müəllim mənə "Broadway Opera" ifaçısı  Lea Salongaya ustad dərsi keçməyi təklif etdi. Filippinli məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göy göl” mahnısını öyrədəcəm. Dərslər  skayp vasitəsilə olacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm”.

L.Salonga “Göy göl”ü noyabrda keçiriləcək “San- Francisco World Music Festival”da ifa edəcək.