“Qafqazinfo” xəbər verir ki, doquz cildlik nəzərdə tutulan sözügedən ensklopedik kitabın artıq üç cildi nəşr edilib. Mayın 24-də Avropa Otelinin “Baku Mall Room” zalında keçiriləcək təqdimat mərasiminə ölkə ziyalıları, rlm adamları və media dəvət edilib.
“Azərbaycan türklərinin İslamaqədər tarixi” ( 9 Bitik) əsəri bu sahədə müəllifin apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxıb. Türk xalqlarının tarixi bu əsərdə yeni konsepsiya ilə gətirdiyi yeni “Urmu” nəzəriyyəsilə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müəyyənləşib. Tarixi qaynaqlar, tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklor və mifologiyada tarix, azər türkcəsinin tarixi və azər türklərinin soykökü ayrı-ayrı bitiklərdə verilib.
Son xəbərlər
Son Xəbərlər