Füzulidə yas mərasimlərində yenilik

-fuzulide-yas-merasimlerinde-yenilik
Oxunma sayı: 2815


Rayon İcra Hakimiyyətindən “Qafqazino”ya daxil olan xəbərdə bildirilir ki, rayon ağsaqqalları dəfələrlə İcra Hakimiyyətinə müraciət edərək yas mərasimlərində israfçılıqdan narazılıqlarını bildiriblər. Bəzi hallarda məhrumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. 

İH-nin açıqlamasında bildirilir ki, yas mərasimlərində israfçılıq haram olmaqla yanaşı, cəmiyyətdə ictimai bərabərsizliyə yol açır. Son günlər isə Füzuli rayonunda ictimai müzakirələrin nəticəsi olaraq ərazidəki bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız üsulla keçirilir. Rayonun Horadiz şəhərində, Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Birinci Mahmudlu, Bala Bəhmənli, Qazaxlar və başqa kəndlərində mərasimlər sadə və islam qaydalarına uyğun olaraq həyata keçirilir. 

Verilən ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.