"Qafqazinfo"ya nazirlikdən daxil olan məlumata görə, əmək yarmarkası müxtəlif universitetlərdə təhsil alan istedadlı tələbələrinrespublikamızın aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub.
Qeyd edək ki, yarmarkada iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb. Əmək yarmarkasında iştirak etmək üçün Respublikanın 41 ali təhsil müəssisəsindən 2,700nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib.
Hər il keçirilməsi nəzərdə tutulan əmək yarmarkasının özəlliyi ondadır ki,yarmarkadan əvvəl şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılır və əmək yarmarkası günü namizədlərkonkret şirkət nümayəndələri iləgörüşür. Belə ki, tələbələr üçün qeydiyyat başa çatdıqdan sonra işəgötürən şirkətlər həmin tələbələrin məlumatları ilə tanış olaraq,uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edirlər.
Son xəbərlər
Son Xəbərlər