Gözlərdəki şişkinliyə çarə

-gozlerdeki-siskinliye-care-
Oxunma sayı: 1805


“Qafqazinfo” ev şəraitində göz şişkinliyi aradan qaldıran vasitələri təqdim edir. 

Buz - Səhər oyananda 2 kub şəklində buzu göz qapağınıza qoyub 10 dəqiqə müddətlə kompres edin. 

Çay -Soyuq çay torbalarını gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın. 

Çiy kartof - Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə gözlədib, ilıq suyla durulayın. 

Süd - Barmağınızı soyuq südə batırıb göz qapağına sürtün, 10 dəqiqə gözlədin. 

Xiyar - Xüsusilə yorğunluqla bağlı göz şişmələrində ən yaxşı vasitə xiyardır. Xiyarın incə bir dilimini göz qapağının üzərinə qoyub, 10-15 dəqiqə istirahət edin. 

Metal qaşıq -Metal bir qaşığı göz qapağına yüngülcə yerləşdirib bir müddət gözləyin. Bu üsul qan axışını sürətləndirir. 

Zümrüd