“Gülənçilərin nurçuluqla qarışdırılması bizi narahat edir”

-gulencilerin-nurculuqla-qarisdirilmasi-bizi-narahat-edir
Oxunma sayı: 2230



Bu sözləri Roterdam İslam universitetinin rektoru professor Əhməd Akgündüz Türkiyə mətbuatına verdiyi müsahibədə deyib. ANS PRESS-in məlumatına görə, Akgündüz bəzilərininm bundan mənfəət əldə etdiyini deyib.  “Türkiyədəki bəzi qardaşlarımız təkidlə, “Biz “Xidmət” hərəkatı ilə eyni deyilik. Onlar da Risaləi Nur oxuya bilərlər, amma iki hərəkatı bir-birinə qarışdırmayın” – desələr də bəziləri israrla və qəsdən qarışıqlıq çıxarmağa davam edirlər. Mən buna qarşıyam və buna görə narahatam. Risaləi Nur hərəkatı üzərindən mənfəət əldə etmək fəaliyyətləri aparılmamalıdır”. 


Professor həmçinin əldə etdiyi uğurlara görə, Risaləi Nur əsərinə borclu olduğunu bildirib. “Mən Risaləi Nurları oxumasaydım bir çox uğuru əldə edə bilməzdim. Bizim rəmzi bir ifadəmiz var: İslamdan güzəştə gedərək İslama xidmət olunmaz. Bunu Hollandiyada da demişik, Tyürkiyədə də. Bununla yanaşı Bədiuzzamanın, “İki Avropa var” düsturunu da unutmadıq. Biri İslam və digər ilahi dinlərdən aldığı ilhamla elmlərin və fənlərin ilham mənbəyi olan müsbət Avropa. Digəri isə əxlaqsızlığın, namussuzluğun, narkotikin mənbəyi olan pərişan Avropa. Biz ikinci Avropaya qarşıyıq”.