“Hələ balalarımı başıma yığa bilməmişəm”- - Mətanət İsgəndərli

-hele-balalarimi-basima-yiga-bilmemisem-
Oxunma sayı: 4013


Sənətçinin qapısına papaq atan çəkiliş qrupu təəccüblü anlara şahid olub. Belə ki, müğənni media işçilərinin papağını boş qaytarmaqla kifayətlənməyib, əvəzində onlara pişik verib.

“Qafqazinfo”  Geccə.az-a istinadən xəbər verir ki, bu təbəssüm doğurucu məqamdan sonra evinin qapılarını “ATV maqazin”in üzünə açan M.İ sgəndərli, övladlarına zaman ayıra bilməməsindəndən gileylənib.

“Biz sənətçilərin şəxsi həyatı yoxdur. Hər dəfə şənliklərə, toylara dəvət edilirik. İnanırsınız, hələ balalarımı başıma yığıb, bayramı qeyd etməmişik.

Bayramdan sonra bir yerə yığışacağıq.” Özünə “Bahar gəlini” titulunu verən müğənni, hələ qulaq falına çıxmadığını, “sənət əhlindən çox məmnuniyyətlə Nadir Qafarzadənin evində qulaq pusaram” deyə bildirib.