Bu sözləri “Qafqazinfo” ya açıqlamasında Müsavat başqanlığına namizəd olan Səxavət Əlisoy bildirib.
Onun sözlərinə görə, oponentlər arasında xoşagəlməz, qeyri-adi söhbətlər yoxdur: “Yəqin ki proses sona qədər də belə gedəcək”.
Kimin başqan olacağı ilə bağlı suala gəlincə isə, Səxavət Əlisoy buna ən yaxşı cavabı sorğu mərkəzləri verə biləcəyini qeyd edib: “Təəssüf ki, Azərbaycanda ictimai rəyi öyrənmək üçün bu tip araşdırma mərkəzi yoxdur. Ona görə də hər kəs deyir ki, başqan mənəm. Normal ictimai rəyi öyrənən mərkəz olsaydı yəqin ki, bu söz- söhbət olmazdı”.
S. Əlisoy iki gün ərzində namizədliyini rəsmi qeydiyyata alacağını bəyan edib. Bundan sonra öz proqramını media açıqlayacağını vurğulayıb.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər