"Qafqazinfo" AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq H. Əliyevin xatirəsini anıblar.
Sonra nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Arzu” uşaq şəhərciyindəki kafedə uşaqlarla görüşüblər. Uşaqlar qonaqları şeirlərlə qarşılayıblar. Sonra uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Daha sonra nümayəndə heyəti knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Son xəbərlər
Son Xəbərlər