Hicran Babayevdən 10 kiloqramdan çox narkotik götürülüb

-hicran-babayevden-10-kiloqramdan-cox-narkotik-goturulub
Oxunma sayı: 1771

Bakı sakinindən 10 kiloqramdan artıq narkotik götürülüb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hicran Babayevdən 1 kiloqram 650 qram tiryək və 9 kiloqram 505,7 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.