"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, imtahan nəticələri ilə TQDK-nın internet saytında ( https://www.e-gov.az/az/services/read/2641/1/?tqdk_xdm=11) və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər