İbrahimoviç Fransanın ən yaxşısı seçildi

-ibrahimovic-fransanin-en-yaxsisi-secildi
Oxunma sayı: 788

Fransa Liqasında bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, Fransa Peşəkar Futbolçular Milli İttifaqı tərəfindən verilən mükafata PSJ-nin hücumçusu Zlatan İbrahimoviç layiq görülüb. O, bu mükafat uğrunda mübarizədə Lassano Diarra ("Marsel"), Hatem Ben Arfa ("Nitsa") və Anxel di Mariyanı (PSJ) qabaqlayıb.

Qeyd edək ki, Z.İbrahimoviç bu mövsüm Fransa Liqasında oynadığı 29 matçda 35 qol vurub və 13 qolun ötürməsini verib.