İcra başçısı sakinlərlə görüşdü

-icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 993



İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib. Qəbula gələn qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib.
Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən qəsəbə ərazisində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölməsi açılıb. Müvafiq Dövlət Proqramı çərçivəsində mini futbol meydançası və idman zalının tikintisi işləri davam edir. Bundan başqa qəsəbə ərazisindən keçən 1,8 km uzunluğunda olan alternativ yolda asfalt hazırlığı işləri görülüb və yaxın günlərdə asfalt örtüyü vurulacaq. 1500-ə yaxın müxtəlif növ ağaclar əkilərək yaşıllıq zolaqları salınıb. Qəsəbə ərazisində 130 p/m su xətti dəyişdirilib. 

Daha sonra sakinlərə Azərbaycan Respublikası  Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.