İcra hakimiyyətində mətbuat günü

-icra-hakimiyyetinde-metbuat-gunu
Oxunma sayı: 829


“Qafqazinfo” ya daxil olan məlumata görə, tədbirdə Nərimanov rayonunun ictimai-mədəni, sosial-iqtisadi tədbirlərini mütəmadi olaraq obyektiv şəkildə işıqlandıran televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbiri giriş sözü ilə açaraq jurnalistləri peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan mətbuatının keçdiyi 139 illik şərəfli yoldan danışıb. Bildirilib ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Tədbirdə iştirak edən mediya təmsilçiləri ölkə rəhbərinin mətbuata göstərdiyi diqqət və qayğıdan danışaraq diqqətə çatdırıblar ki, dövlətimizin başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq tapşırıq və göstərişlərini verir. Ötən il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Daha bir bina isə yaxın zamanlarda jurnalistlərin ixtiyarına veriləcək. Sonda bayram münasibətilə mətbuat nümayəndələrinə milli mətbuatın inkişafındakı, respublikamızın, eyni zamanda Nərimanov rayonunun ictimai-siyasi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə Nərimanov Rayon İcra Hakmimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.