İKT-nin regionlarda inkişafı ilə bağlı - Seminar

-ikt-nin-regionlarda-inkisafi-ile-bagli
Oxunma sayı: 966

26 may 2016-cı il tarixində Astarada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təsdiq olunmuş İş planına uyğun olaraq İKT-nin regionlarda inkişafı ilə bağlı növbəti səyyar seminar keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Astara Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov Metodiki Mərkəzin rəhbərliyinin Astara rayonunda səyyar seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndiribvə rayonda mövcud olan mədəniyyət müəssisələri haqqında ümumi məlumat verərək kompüter təchizatı və onların tətbiqi səviyyəsi haqqında ilkin bilgilər verib.

Şöbənin metodisti Pərvanə Hüseynova müəllifi olduğu “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər” adlı metodiki tövsiyəsinin təqdimatını edərək, ictimaiyyətlə əlaqələr, müsbət imicin formalaşdırılması üsulları və bu səpkidə digər məsələlərə toxunub.

Seminar zamanı iştirakçıların İKT və PR sahəsində sualları cavablandırılmış və bu sahələrdə tövsiyyələr verilib.