İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü - Fotolar

-ilham-eliyev-bp-nin-bas-icraci-direktoru-ile-gorusdu
Oxunma sayı: 2631

Prezident İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.