İlham Əliyev Kompleksdə - - Fotolar

-ilham-eliyev-kompleksde-
Oxunma sayı: 3108



“Qafqazinfo” xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov prezidentə görüləcək işlərlə bağlı məlumat verib. Dövlət başçısı Komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. Sonra İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub. Bildirilib ki, Kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılıb. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda, videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir. Kompleks yeni və sürətli internet şəbəkəsinə qoşulacaq. Binada ən müasir tələblərə cavab verən havalandırma sistemi artıq quraşdırılıb.

Dövlət başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzib, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Sonra İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəlib. Dövlət başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verib.