İnsanların qarşısını kəsib pul aldı - 9 il həbs verildi

-insanlarin-qarsisini-kesib-pul-aldi-
Oxunma sayı: 1079

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Nicat Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Nəbiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Nəbiyev Cinayət Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilir. O, şəhərdə bir neçə şəxsi qarşısını kəsərək hədələyib və pul alıb.

Murad Əhməd