“Qafqazinfo” həmin bəyanatı təqdim edir:
Daha bir LGBT nümayəndəsi həyatını itirdi.
Free LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar edib. İntaharın səbəblərini özünün son olaraq yazdığı Facebook-dakı postdan da görə bilərik: "Bu ölkə, bu dünya mənə görə deyil...Hamınız ölümümdə günahkarsız." O, bu ay ərzində ətrafındakıların özünə qarşı olan münasibətlərinə, diskriminasiyaya və təhqirlərə dözməyərək intahar edən neçənci homoseksual şəxsdir. Nəfəs LGBT olaraq intahar faktına kədərlənir, nifrət cinayətlərinin artmasına səbəbkar olan şəxsləri isə şiddətli şəkildə qınayırıq.
İnsanların homoseksuallara barmaq arası baxmaları, bu sahədə olan savadsızlıq və məlumatsızlıq diskriminasiya hallarının çoxalmasına səbəb olur. İsa Şahmarlı cəmiyyətdə mövcud olan homofobiya ilə mübarizə aparırdı. O, özünü asmadı, cəmiyyət öz nifrəti ilə onu bu hərəkətə vadar etdi. Nifrətlə daima mübarizə aparmaq lazımdır. Buna görə də humanist olan hər kəsi sıx birləşməyə çağırırıq.
İsa və onun kimi yüzlərlə nifrət cinayətinin qurbanı olmuş LGBT insanların ruhuna hörmət və ehtiram əlaməti olaraq 22 Yanvar tarixini Azərbaycanda "LGBT Fəxr günü" bəyan etdiyimizi bildiririk.
Ruhun şad olsun İsa Şahmarlı!
Son xəbərlər
Son Xəbərlər