İqbal Ağazadənin təşviqat kampaniyası başladı

-iqbal-agazadenin-tesviqat-kampaniyasi-basladi
Oxunma sayı: 1369

90 Saylı Ağdaş Seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə seçki təbliğatına başlayıb.

Namizədin seçki qərargahından “Qafqazinfo”ya daxil olan xəbərə görə, böyük bir heyətlə Ağdaş şəhərinin mərkəzində və kəndlərində bu prosesə start verilib. Qərargahın məqsədi kənbəkənd, qapı-qapı gəzib, namizəd haqda seçicilərə daha ətraflı məlumat verməkdir: “Təşviqat kampaniyasının başlanğıcı çox uğurlu oldu. Bununla bərabər təxribat törətməyə cəhd edənlər də az deyil. Xüsusilə, şəhər mərkəzində digər namizədin rəhbərliyi və rayon icra hakimiyyətinin nümayəndələri təşviqat qrupunun üzərinə hücum çəkiblər. Yerli sakinlərin köməyi ilə təxribatın qarşısı alınıb”.