“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə Radio Azatutyun xəbər yayıb. “Öz çıxışları zamanı fəallar gündüz Baqramyan prospektinin açılması əməliyyatı zamanı polis tərəfindən tətbiq olunan zorakılığı tənqid ediblər. Burada 23 iyundan bu yana bütün sutkanı əhatə edən aksiyalar keçirilirdi. Fəallar etiraz hərəkatının bundan sonra hansı taktikadan istifadə etməli lazım olduğu barədə müxtəlif fikirlər söyləyiblər. Fəallardan biri onların sosial tələblərdən siyasi tələblərər keçid etməsini irəli sürüb”- deyə yayılan xəbərdə bildirilir.
Lakin fəallardan bəziləri artıq öz etiraz strategiyasını müəyyənləşdirib. Məsələn mitinqin təşkilatçılarından biri olan Devid Sansaryan İnterfaks agentliyinə bildirib ki, iştrakçılardan biri ağzını tikib. “Bununla o öz etirazını bildirir”- deyə Sansaryan bildirib.
Qeyd edək ki, fəallar onu da əlavə ediblər ki, Azadlıq prospekti ətrafına çoxlu polis alayı cəmləşib. Bundan əvvəl iyun ayının 23-dən davam edən aksiyaların polis tərəfindən zorla dağıdıldığı xəbəri verilmişdi.
Son xəbərlər
Son Xəbərlər