“Qafqazinfo” xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər modern.az saytına müsahibəsində deyib. A. Qəmbər bildirib ki, həyat yoldaşı uzun müddət siqaret çəkib: “Siqareti çox çəkdiyindən tərgitməsinə israr edirdim. Bir gün özü dedi: “Söz verirəm ki, sənin ad günündə siqareti atacam”. Nəhayət, keçən il oktyabrın 22-si ad günümdə verdiyi sözü tutaraq siqareti atdı”.
A. Qəmbər müsahibəsində həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə tanış olduğunu da deyib: “Mehriban xanımla da üz-üə gəlmişəm. Mən Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyəndə onun anası rəhmətlik Aida xanım İmanquliyeva bizim institutun direktoru idi. Aida xanım institutda mənim diplom rəhbərim olub. Aida xanım ərəb filologiyasına rəhbərlik edirdi. Sonra mən tarixə getdim. Neçə illər bir yerdə işləmişik. Ona görə də Mehriban xanımın ailəsi ilə tanışlığım var idi. Aida xanımın bir alim kimi tələbələrə münasibətini yüksək qiymətləndirirəm. Yəni o dövrü yadımdan heç vaxt çıxara bilmərəm. Şərqşünalıq İnstitutunda çox qaynar gəncliyimiz olub”.
Son xəbərlər
Son Xəbərlər