Kadırov məhkəmə sədrini tənqid etdi - O da istefa verdi

-kadirov-mehkeme-sedrini-tenqid-etdi
Oxunma sayı: 3798

Çeçenistan Ali Məhkəməsinin sədri Məhəmməd Karatayev istefa ərizəsi yazıb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı “Qroznı” telekanalı yayıb.

 “Başçının (Çeçenistan rəhbəri) istefaya getmək təklifini qəbul edirəm, onun və çeçen xalqının önündə üzr istəyirəm”, - Ali Məhkəmə sədri bildirib.

Məhəmməd Karatayev onu da deyib ki, hakimlər tərəfindən buraxılan ciddi səhvlərə görə məsuliyyəti öz üzərinə götürür və Ramzan Kadırovun ona qarşı iddialarını əsaslı hesab edir.